adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Yanvar 2017 21:15
5573
MƏMLƏKƏT
A- A+

Bakıda bu yol təmirə bağlanacaq

Sabahdan Bakı Dəmir Yolu Vağzalının yanındakı meydan və yol təmirə bağlanacaq.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, buna səbəb ərazidə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı aparılacaq işlərdir.

Təmir işləri Azadlıq prospektindən (C. Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazini əhatə edəcək. Sözügedən ərazidə hərəkətin məhdudlaşdırılması bir neçə günlük tətbiq edilir.