adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Yanvar 2017 18:26
5705
MƏMLƏKƏT
A- A+

Uşaqlar bu ziyanlı informasiyalardan qorunacaq

Azərbaycanda uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalara qarşı mübarizə ilə bağlı xüsusi qanun layihəsi hazırlanıb.

Adalet.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihədir.

Layihə Milli Məclisin 2017-ci il yaz sessiyasında iş planına daxil edilib. Sənəddə mətbuatda və sosial şəbəkələrdə bu tip informasiyaların yayılmasına qarşı bir sıra tədbirlər əksini tapıb.