adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Yanvar 2017 16:50
6405
İQTİSADİYYAT
A- A+

Azərbaycanda digər dövlətlərin təyyarələrinin uçuş təhlükəsizliyi yoxlanılacaq

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq.

Milli Məclisdən Adalet.az-a verilən məlumata görə, bununla bağlı "Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Yeni layihəyə əsasən, bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır. Belə yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar.

Layihəyə görə, qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə həmin hava gəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.

Dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) təklifləri əsasında hazırlanıb.

Qeyd edək ki, layihə Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.