adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Yanvar 2017 16:35
25279
MƏDƏNİYYƏT
A- A+

Fədakar müəllim

Qabiliyyətli, yaxşı yetişmiş, kamil bir insana verilən işlər mükəmməl bir şəkildə yerinə yetirilir,ancaq xüsusi bir qabiliyyəti olmayan insanların öhdəsindəki işlər isə min bir sıxıntı və "ah-vay” ilə nəticələnir.İnsanı xidmətə yönəldən,bu xidmətin zövqlə icra edilməsini təmin edən könüllərdəki sevgi ,şövq və həyacandır.Bu şövqə ,bu həyacana sahib olan Milli Konservatoriyanın daha bir müəllimi ilə daha yaxından tanış olaq:

1968-ci ildə Quba şəhərində ziyalı ailədə anadan olan Səbuhi Cəfərov Bakı Musiqi Akademiyasını (1990-1995) fərqlənmə diplomu ilə bitirmiş, həmin ildən Bakı Musiqi Akademiyasında müəllimlik fəaliyyətinə başlamışdır.Tələbələri dəfələrlə respublika müsabiqələrində laureat olmuş və 3 müsabiqədə "Qran Pri" mükafatına layiq görülmüşlər.İki tələbəsi Rusiya səfirliyinin keçirdiyi müsabiqədə I və II yerlərə layiq görülərək laureat adını qazanmışdır.Tələbəsi Bayramov Yusif Nəriman oğlu Prezident təqaüdçüsüdür. Səbuhi Cəfərov pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə "Fəxri fərman”la təltif olunmuşdur.Elmi və dövrü mətbuatdakı fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Işçilərinin Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət İttifaqının (1 may 2013-cü il tarixli) qərarı ilə "Qızıl qələm” media mükafatı adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 12 yanvar 2011-ci il tarixli qərari ilə (protokol N 02-k) dosent elmi dərəcəsi alan Səbuhi Cəfərov hal-hazırda Azərbaycan Milli Konservatoriyasında dossent vəzifəsində çalışır.

Ailəlidir,iki övladı var.

Pedaqoji fəaliyyətlə yanaşı ifaçılıq fəaliyyətinə xüsusi önəm verən tarzən 1993 – cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində konsertmeyster – solist vəzifəsində fəaliyyət göstərir. S.Ələsgərovun " 3 saylı Konsert”inin ( ilk ifa 1994), Firəngiz Babayevanın tar ilə orkestr üçün‘’ Konsert’’ inin( ilk ifa 1994), Xalq artisti N.Əzimovun "Xatirə’’ əsərinin ( ilk ifa 1997), Əməkdar müəllim A.Yusifovanın "Alov fantaziyası” əsərlərinin ilk ifaçısı olmuşdur (hər iki əsər S.Cəfərova ithaf olunub). H.Xanməmmədovun I və II tar konsertlərini (1999,2004), C.Cahangirovun tar "Konsert”ini (2005) , S.Rüstəmovun tar "Konsert”ini (2006), F.Əmirovun ”Sevil” operasından Balaşın və Sevilin ariyalarını, S.Ələsgərovun "Vətənimdir”,''Daimi hərəkət'', R.Mirişlinin ”Yandım elə yandım”,"Bir könül sındırmışam’’, C.Cahangirovun " Ana”, "Bayatılar”, S.Rüstəmovun" Oxu tar". Q.Hüseynlinin "İlk məhəbbət”, V.Adıgözəlovun "Qərənfil”, N.Əzimovun ’'İşıqlı dünyamsan’’, O.Kazımovun ‘‘Nə gəlməz oldun’’, R.Korsakovun "Çar Soltan haqqında nağıl” operasından "Mozalanın uçuşu”(yeri gəlmişkən texniki baxımdan yüksək ifaçılıq məharəti tələb edən bu əsər 60 saniyəyə ifa olunmuşdur,tar ilə xalq çalğı alətləri orkestri üçün işləyəni Səbuhi Cəfərov), H.Rzayevin "Çahargah rapsodiyası”nı (tar, kanon və xalq çalğı alətləri orkestri üçün işləyəni Səbuhi Cəfərov) və bu kimi çoxlu sayda Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşaiyəti ilə Tele-Radionun fondu üçün lentə yazdırmışdır. Tar və kanon ifaçılığı tarixində ilk dəfə olaraq, H.Rzayevin "Çahargah rapsodiyası”nı (1997) , F.Əmirovun"1001 gecə” baletinin mövzuları əsasında "1001 gecəni düşünərkən” adlı əsərini, T.Quliyevin "Sevinc” mahnısını tar, kanon və f-no üçün, A Bızovun ''Şa-Ştil'' əsərini tar,kanon,kamança və fortepiano kvarteti üçün, A.Sıqankovun'' Dyan-Dya'' əsərini 2 tar,2 kamança,kanon və fortepiano seksteti üçün işləmişdır. S.Cəfərov, eyni zamanda "Rahab, ’’Orta – Mahur’’, "Bayatı-Kürd”, "Çahargah”,"Bayatı-Şiraz”,”Şahnaz”, ”Mirzə-Hüseyn segahı” muğamlarını, eləcə də xalq rəqslərini respublikanın xalq artisti , professor Şəfiqə Eyvazova ilə birgə lentə yazdırmışdır.

Xalq artisti R.Mirişlinin "Yandım elə yandım” və əməkdar müəllim,bəstəkar A.Yusifovanın"Alov fantaziyası” Səbuhi Cəfərovun ifasinda (Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın fortepianoda müşayiətilə) "Azərbaycan bəstəkarlarının antologiyası”adlı albom - diskinə daxil edilmişdir.

2005 –ci ildə Moskvada keçirilən ''Azərbaycan ili''nin açılış konsertində müvəffəqiyyətlə çıxış edərək Respublikamızı layiqincə təmsil etmişdir.

İfaçılıq fəaliyyətilə yanaşı elm sahəsində də çalışan Səbuhi müəllim çoxlu sayda elmi işləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimi tövsiyyə edilərək çap olunmuşdur. "Azərbaycan bəstəkarlarının əsərləri” ( 2005) – dərs vəsaiti

''Azərbaycan bəstəkarlarının ansambl üçün işlənmiş əsərləri”

‘‘ Azərbaycan və xarici ölkə bəstəkarlarının ansambl üçün işlənmiş əsərləri"(2009)

’’Qamma və arpeciolar mürəkkəb variantda’’-(2012)

’’ Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ’’-(2012) adlı dərs vəsaitlərinin,

"Kəklik "xalq mahnısı (kamança və f-no üçün A.Yusifovanın "Azərbaycan xalq

melodiyalarının işlənməsi və aranjimanı” fənni üzrə dərs vəsaitində 2004)

S.Ələsgərov "3 saylı konsert”i haqqında "Metodik tövsiyyə” (2006)

F.Əmirov "Sevil " operasının mövzuları əsasında "Fantaziya” haqqında "Metodik tövsiyyə” (2006)

F.Əmirov"1001gecə" baletinin mövzuları əsasında" Fantaziya" haqqında "Metodik tövsiyyə” (2007)

"S. Ələsgərovun tar konsertləri haqqında” - ("Musiqi dünyası" jurnalında məqalə - 2006 )

"İsdedadlı tar ifaçısı’’ (Əməkdar artist V.Məmmədəliyev haqqında ’’Qobusdan” jurnalında məqalə - 2006)

Bundan başqa əməkdar artist Vamiq Məmmədəliyevin ifasından çoxlu sayda muğam rənglərini nota köçürmüşdür.

Azərbaycan Milli Konservatoriyasının xalq calğı alətləri kafedrası əyani bölməsinin bakalavr hazırlığı üçün ’’Kamera ansamblı fənni üzrə tədris proqramı’’ (Əməkdar müəllim, dosent Ramiz Əzizovla birgə ) 2016,

Azərbaycan Milli Konservatoriyasının xalq calğı alətləri kafedrası qiyabi bölməsinin bakalavr hazırlığı üçün ’’Kamera ansamblı fənni üzrə tədris proqramı’’ (Əməkdar müəllim, dossent Ramiz Əzizovla birgə) 2016

Azərbaycan Milli Konservatoriyasının xalq calğı alətləri kafedrası qiyabi bölməsinin bakalavr hazırlığı üçün ‘‘ Tar İxtisas – not fənninin üzrə proqram’’ (Əməkdar müəllim, dossent Ramiz Əzizovla birgə ) 2016 .