adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Yanvar 2017 15:28
21667
ELM VƏ TƏHSİL
A- A+

UNEC müəllimi “Microsoft”un “İnnovativ müəllim” sertifikatını qazanıb

UNEC-in"Marketinq”kafedrasının müəllimi, rektorun köməkçisiRamil Cabbarovdünyanın aparıcı şirkətlərindən sayılan"Microsoft”unsertifikatını qazanıb.

Microsoft Təhsil İşçiləri Cəmiyyətinin üzvləri üçün "Texnologiya ilə tədris” adı altında təşkil edilən 18 saatılıq online təlim paketində "Tədris zamanı İKT resurslarının istifadəsi”, "Texnologiya və pedaqogikanın vəhdəti”, "İKT əsaslı öyrənmə və öyrətmə” və "İKT köməyi ilə tədrisin idarə olunması” mövzularında təlim keçilib. Təlimlərin sonunda keçirilən imtahanların nəticəsinə əsasən, R.Cabbarov "Microsoft” şirkətinin "İnnovativ müəllim” sertifikatını qazanıb.

"Texnologiya ilə tədris” proqramının kurrikulumunda innovativ təhsil işçilərinin İnformasiya Kommunikasiya Texnologiyalarından yararlanaraq öyrətmə və öyrənmə təcrübəsinin artırılması əsas götürülüb. "Microsoft”un bu təlim paketi UNESCO Müəllimlərin İKT Yetərliliyi Çərçivəsinə (UNESCO ICT Competency Framework for Teachers) uyğunlaşdırılıb.