adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Yanvar 2017 16:07
11374
ƏDƏBİYYAT
A- A+

Çingiz Aytmatovun dünya şöhrətli romanı yenidən çap olundu

Qanun Nəşrlər Evində iki yeni kitablar satışa göndərilib. Bu Alan Axelrodun "Liderlik dərsləri” seriyasından "Yuli Sezar: Liderlik dərsləri” və Dünya uşaq ədəbiyyatı seriyasından Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan Alabaş” adlı kitablarıdır.

Alabaş "DÜNYA UŞAQ ƏDƏBİYYATI”nda!

Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda bir "böyük mövzu” – insan mövzusu var.

"Dəniz kənarıyla qaçan Alabaş” romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.

Tərcümə Xeyrulla Əliyevə məxsusdur.