adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Mart 2017 22:37
11117
İDMAN
A- A+

DÇ-2018-in püşkatması Kremldə

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi Moskvada keçiriləcək.

Adalet.az-ın xəbərinə görə, bunu Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, bu il dekabrın 1-də keçiriləcək püşkatma mərasimi Kremldə baş tutacaq.

Qeyd edək ki, millimiz gələn il Rusiyada keçiriləcək mundialın final mərhələsinə vəsiqə qazanmaq üçün seçmə mərhələdə Almaniya, Norveç, Şimali İrlandiya, Çexiya və San Marino ilə mübarizə aparır.