adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Yanvar 2017 15:50
13610
KRİMİNAL
A- A+

Usta ev sahibini öldürdü

Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yanvarın 21-də Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib.

E.Babayev könüllü olaraq 37-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.