ELDƏN GETDİ MƏNSUM HƏKİM

FAİQ QİSMƏTOĞLU
71475 | 2017-01-23 15:24

Dünyada eləinsanlar, elə adamlar, elə ziyalılar var ki, onlar bir evə, bir nəsilə işıqsaçmırlar, bütün eli, bütün obanı öz nuruna, işığına boyayırlar. Daha doğrusu,onların dünya boyda ürəkləri olur. Və bu dünya boyda ürəkdə həmişə evgi, məhəbbət,insanlıq duyğuları məskən salır. Bu sevgini, bu məhəbbəti dünya boyda ürəyiolan insanlar həmişə başqalarına ötürürlər və başqalarına verirlər. Onlar təközləri üçün deyil, bayaq dediyimiz kimi, el-oba üçün, kənd-kəsək üçünyaşayırlar…

Belə ziyalı,böyük ürək sahibi oaln insanlardan biri də gözəl həkim, el ağsaqqalı və ziyalıMənsum Əliyev idi. Mənsum həkim 1933-cü ildəFüzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açıb. Ağır müharibəillərinin çətinliklərini, ağrısını-acısını yaşayıb. Amma bu çətinliyəbaxmayaraq, orta məktəbi əla qiymətlərlə bitirib və tibb unstitutuna daxilolub. Oranı da başqalarından fərqli olaraq yüksək qiymətlərlə başa vurub…

Kəndə qayıdandaisə bütün qohum-əqrəba, bütün el-oba onun sevincinə şərik olub. Zarafat deyile, kasıb və kimsəsiz insan olasan, tibb institutunu bitirəsən və qayıdıbsavadlı həkim kimi özünü el-obanda təsdiq edəsən. Həkimliyə başladığı ilk gündənömrünün sonuna qədər insanların qayğısını, nəvazişini çəkib. Bir şey olan kimibaşıalovlu özünü hadisə yerinə çatdırıb. Hamı da onu görəndə gözlərinə işıq gəlib.Deyiblər ki, Mənsum həkim burdadısa, xəstəmizə tay zaval yoxdur.

Mənsum Əliyevuzun illər Füzuli rayonunun Əhmədbəyli kənd xəstəxanasının baş həkimi işləyib.Sonradan isə boya-başa çatdığı Böyük Bəhmənliyə baş həkim təyin ediblər. Ammabuna baxmayaraq, Əhmədbəyli kəndinin, Bala Bəhmənlinin, eləcə də qonşu kəndlərinsakinləri bir çətinliyə düşəndə, xəstələri olanda o dəqiqə Mənsum həkimiaxtarıblar. Mobil telefon çıxandan sonra isə xəstə sahiblərinin vəziyyəti biraz da asanlaşıb. Çünki onlar evlərində xəstə olan kimi Mənsum həkimə telefonaçardılar, o da maşınına minib tez özünü xəstənin üstünə çatdırardı. Bir-iki dəva-dərmanyazardı və xəstənin sahibi də çox asanlıqla həmin dərmanları tapardı və xəstəsinəverərdi.

Mənsum həkim həmdə mənim dayımdı. Anamın ən çox sevdivi və istədiyi doğmalarından biri olub.Anam deyərdi ki, qızların heç biri biz uşaq olanda başqa oğlanlarlaoynamazdılar. Hamımız istəyərdik ki, Mənsumun yanında olaq. Çünki o bizə də,yadlara da bacı gözü ilə baxardı. Hətta müharibə dövründə taxıl sahəsindən yerətökülən taxılı gecə vaxtı yığmaq üçün məhlə qızları ilə bir yerdə gedərdik.Onda da Mənsum bizim yanımızda olardı. Hər birimizə göz qoyardı və axşam da gətiribo biri qızları da evlərinə ötürərdi. Bütün qızların ürəyindən keçirdi ki, Mənsumonların birini alsın. Amma Mənsum da Mənsum idi. Deyərdi ki, sizin hamınız mənimbacımsınız…

Bayram dayım da,Hidayət dayım da tez-tez bizə gələrdi. Amma Mənsum dayım daha çox bizim qapınıaçardı. Çünki rəhmətlik atam futbol həvəskarıydı və Mənsum dayım da Əhmədbəylidənqayıdanda maşını birbaşa bizim qapımıza sürər, gəlib yuxarı, ikinci mərtəbəyəqalxar, atamla hal-əhval tutub futbola böyük maraqla baxardılar. Atam söhbətciladam idi. Mənsum dayımın isə bir o qədər söz-söhbətdən xoşu gəlməzdi. Ancaq hərşeyə diqqət yetirərdi, fikir verərdi və öz münasibətini bildirərdi. Atamın«kaprizləri» çox olduğuna görə, Mənsum dayım həmişə onu yola verərdi. Deyərdiki, Qismətin sözünün başına çox ip dolandırmayın. O nə deyirsə düz deyir.

Nə qədər səbrli,nə qədər böyük ürək sahibi və nə qədər də el-oba üçün yanımlı bir insan idi.Onun dünya malında gözü olmazdı. Kənddə bir balaca xəstəsi olan iki daşınarasında axtarardı və onu tapardı. Bir dəfə qardaşım Elxan bərk ağrıyırdı.Bakıda, Türkiyədə həkim qalmadı ki, özünü göstərməsin. Sonradan dedi ki, mənəbax e, Mənsum dayımı kənddə qoymuşam, gedib düşmüşəm dağa-daşa. Mənsum dayımona baxdı, müayinə elədi, cəmi bir manatlıq dərman yazdı. Onu da qardaşım atdı,bir daha ağrımadı. İndi dayım rəhmətə gedəndən sonra qardaşım bərk narahatolub. Deyir heç olmasa o respeti saxlamadım ki, görüm o dərmanın adı nədir.

Bir dəfə dəbizim kənddə hərbi hissədə xidmət edən əsgərin vəziyyəti çox ağır olur. O həkimqalmır ki, göstərməsinlər, amma əlacı tapılmır ki, tapılmır. Hərbi hissədən onuevə buraxırlar. Uşaq arıqlayıb quru çöpə dönür. Bir axşam da atası görür ki,uşağın ağzından qan gəlir. Deyir yəqin artıq uşaq can verir. Tez taqətsiz haldaolan uşağı götürüb Mənsum dayımgilə aparır. Mənsum dayım çox diqqətlə xəstənimüayinə edir və axırda da deyir ki, hər tərəfini yoxladım, yaxşıdı. İndi ağzınıaç ora baxacam. Uşaq ağzını açır, Mənsum dayım onun boğazında bir qaraltıgörür. İşıqla boğazına diqqətlə baxır. Görür ki, boğazına yapışıb qalan zəlidi.Ora yod vurur və zəli boğazdan çıxır…

Uşağı evəaparırlar,vəziyyəti lap yaxşılaşır. Bir neçə gündən sonra atası Akif gəlib Mənsumhəkimə deyir ki, Allah sənin balanı saxlasın, uşaq əldən getmişdi. İndi vəziyyətilap yaxşıdı, hərbi hissəyə yola saldım. Hərbi hissədə komandir baxır və görürki, uşaq sağlamdı. Deyir ki, səni kim sağaltdı, uşaq da qayıdıb deyir ki, Mənsumhəkim.

Yanvarın 18-də səhərsaat 8-də birdən-birə Mənsum həkimin vəziyyəti ağırlaşır. Səhər-səhər evdən çöləçıxır, nəfəs ala bilmədiyini deyir. Bu vaxt oğlu Süleyman müəllim tələsik Natiqhəkimi axtarır. Onu evə gətirir, Natiq həkim Mənsum dayımın təzyiqin yoxlayır.Görür ki, hər iki təzyiq çox aşağıdır. Deyir ki, həkim, özünü ələ al. Amma birneçə dəqiqədən sonra Mənsum həkim Allahındərgahına qovuşur…

Allah-Təala həradama gözəl ölüm qismət eləmir. Gözəl ölümü o adama qismət eləyir ki, o əməli-salehdirvə bu dünyada xeyirxah işlər görüb. Yenə qardaşım Elxanın dediyi bir söz yadımadüşür: «Əgər bizim kənddən bir adam cənnətə düşübsə, o da Mənsum dayımdı».İnsan var ki, dünyasını dəyişəndə bir evdən gedir. Amma Mənsum dayım min evli Bəhmənlidəngedib. Yas məclisində də olanlar dedilər ki, bu kişi Allahın göndərdiyi birnurdu. O nur da gəldi və getdi. Və bir də Allah-Təala hər adama nur verimr.Allat-Təala sevdiyi adamların çöhrəsinə nur bəxş edir və dünyasını dəyişəndə dəMənsum dayımın çöhrəsində o nur eləcə də qalıb.

Yaxşı ailəsi,övladları, nəvələri var. Torpağı-sanı yaşasınlar. Oğlanları İlham, Süleyman,Bulud atalarına olan bu el məhəbbətinigörəndə çiyinlərindən ağır yük götürülür, dərdləri yüngülləşirdi. Deyirdilərki, camaatın bu boyda sevgisi, bu boyda məhəbbəti göstərir ki, atamız ölməyib.

Bəli, bu həqiqətəndə belədir, Mənsum həkim kimi insanlar ölmürlər və həmişə onların yeri görünür.Camaat dəstə-dəstə, axın-axın gələrək ona öz sevgisini, məhəbbətini bildirir.Üzü nurlu insan, qəlbi dünya boyda olan ziyalı indi Allahın dərgahına sığınıb vəhaqq dünyasına tapınıb. Bu gün onun Allahın dərgahına qovuşmasının 7-cigünüdür. Qoy ruhu şad, məzarı nurla dolsun, Mənsum həkimin!

Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV