adalet.az header logo
  • Bakı 20°C
23 Yanvar 2017 15:17
10426
MƏMLƏKƏT
A- A+

QARDAŞLAR, MƏN BURALI DEYİLƏM

Ağdamda bir hərbi hissə vardı, zabitlərini də nadir hallarda ayıq görərdin. İkisi gecə möhkəm içib bərkdən mübahisə edə-edə hərbi hissəyə gedirlər, ayaq üstə də zorla dururlar.

Qarabağın məşhur xanəndəsi, Ağdam məscidinin minbərindən sonuncu dəfə «Qarabağ» azanını fəryadla çəkən (sayta qoyuruq dinləyə bilərsiniz) Hafiz Sədirzadə durubmuş məhlənin tinində. Hafizi görüb ikisi də yapışırlar onun yaxasından, «Arşın mal alan»dakı kimi. Biri göydəki Ayı göstərib deyir:

- Brat, ya qovaryu eto luna, a etot durak qovorit çto net, eto solntse?

Hafiz birtəhər yaxasını onların əlindən qurtarıb deyir:

- Bratya, vallax, ya nezdeşnıy.

İndi məsələlər var ki müzakirələrdə iki yerə bölünüblər. Hamı da zəng edib münasibət öyrənmək istəyir və özü də istəyir ki, onların dediyini təsdiqləyəsən, onların tərəfini tutasan. O dəqiqə də yadıma Hafiz Sədirzadə düşür, qardaş, vallah, mən buralı deyiləm.