adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Yanvar 2017 15:08
25236
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Ağdam Dövlət Teatrınının aktyorları gedirlər Laçında tamaşa göstərməyə. Fikirləşirlər ki, altıda tamaşanı başlayarlar, iki saat, səkkizdə çıxsalar uzağı saat onda evdədilər.

Saat altı olur, tamaşanı başlaya bilmirlər. Zalda səs-küy, ağız deyəni qulaq eşitmir, kimlərsə mübahisə edir, kimsə deyir ki, filankəs gəlməyincə tamaşanı başlamaq olmaz.

Yarım saat belə keçir. Axırda teatrın baş rejissoru Vaqif Şərifov dözməyib düşür zalda oturmuş Xanlar müəllimin yanına. Xanlar Məmmədov, yeri behişt olsun, təvazökar, nəcib bir el ağsaqqalı idi. Sonralar xalq deputatı da seçildi, rayona rəhbərlik də elədi. Həmin vaxtlar deyəsən rayon icraiyyə komitəsinin sədri idi. Vaqif Şərifov xahiş edir ki, camaatı sakitləşdirsin, tamaşanı başlasınlar, çünki geri qayıtmalıdırlar.

Xanlar müəllim çıxır səhnəyə, zaldakı səs-küyü yatırmaq istəyir. Birini danlayır, birinin üstünə əsəbləşir, axırda dözməyib deyir:

- Ə, bir sakit oturun görək bu it uşağı bura niyə gəlib dana?!

Aktyorlar deyir qəşş elədik, qayıdanda da bütün yolboyu yadımıza salıb gülürdük.

Onu da deyirlər ki, həmin gecə Xanlar başda olmaqla laçınlılar bizi buraxmadı, quzular kəsildi, süfrə açıldı, düz səhərə qədər deyib-gülüb, yeyib-içdik. Hələ səhər cibimizə pul da qoyub yola saldılar.