adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Yanvar 2017 15:04
9294
DÜNYA
A- A+

XANA VAR-YOX SÖYÜŞÜ EDİBMİŞ

Ağdamda teatrda «Vaqif» tamaşası göstərilir. Orda belə bir səhnə var: Vaqiflə oğlunu aparırlar Cıdır düzündə edam etməyə. Bunu görənlərdən biri o birisindən soruşur ki, Xan niyə Vaqifi edam etdirir?

Artist İbrahimin…

… İbrahim, heyf ki soyadı yadımdan çıxıb, Ağdam teatrının ən məşhur və həm də yeyib-içən aktyorlarından biri idi və ləqəbi də Artist İbrahim idi...

… şeirlə verəcəyi cavab yadından çıxır, ha fikirləşir yadına düşmür, qayıdıb deyir:

- Əmoğlu, Xana var-yox söyüşü edibmiş.

Görəsən, bu Bəşər Əsəd kimə var-yox söyüşü edibmiş?

P.S. Bugünki lətifəmiz də Ağdam teatrından olacaq.