adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Yanvar 2017 15:00
7260
DÜNYA
A- A+

SURİYANIN TALEYİ ASTANADA HƏLL OLUNUR

Suriya cəhənnəmə dönəndən, ölkədə daş üstə daş qalmayandan, əhalisinin yarısı bu cəhənnəmdən qaçıb canını qurtarandan (yerdə qalanlar da Allahın ətəyindən yapışıb sabah başına töküləcək bombadan balalarını qorumaq üçün dua eləyirlər) sonra belə qərara gəliblər ki, bu ölkənin taleyini həll etsinlər.

Hazırda Astanada Rusiyanın, Türkiyənin və İranın, eləcə də Suriya iqtidarının və müxalifətinin birgə müzakirələri keçirilir.

Ermənilərin it yerinə qoymadığı BMT də xala-xətrin qalmasın deyə bir nümayəndə göndəriblər. O da deyilənə görə ABŞ-ı da təmsil edir.

Rusiya, Türkiyə və İrana bu insanlıq yolunda uğurlar arzulayırıq. Və inanırıq ki, gec də olsa Suriyada nahaq qan axıdılmasının qarşısı alınacaq.