MADONNA AĞ EVİ BOMBALAYACAQ
Vallah, mən Madonnanı tanımıram, xəbəri yazdırarkən köməkçim Mehriban xanım dedi ki, məşhur müğənnidi. Vaşinqtonda Trampın əleyhinə keçirilən yürüşdə öndə gedirmiş, özü də dişinin dibindən çıxan söyüşləri Trampa ünvanlayırmış. Axırda da deyib ki, Ağ Evi bombalayacam. Haqqında cinayət işi açıblar.