adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Yanvar 2017 13:11
6629
SİYASƏT
A- A+

Rusiya qoşunları Ukraynadan çıxır – Rəsmi

Rusiya orduları mərhələli şəkildə Donbasdan çıxmağa başlayıb.

Adalet.az xəbər verir ki, bunu "112 Ukraina” televiziyasına açıqlamasında Ukrayna Daxili İşlər nazirinin müşaviri İlya Kiva söyləyib.

"Rusiya qismən öz ordularını geri çəkməyə başlayıb. Artıq hərəkət var. Lakin Moskva sistemi elə qurub ki, Ukrayna ordusu hücuma keçməyə başlayan kimi dərhal burada qoşunlarını artıra biləcək. Qoşunların Donbasdan Rusiyaya çəkilməsi Kremlin bu ərazilərdə nəzarəti zəiflətməsi deməkdir”, – deyə o bildirib.

Qeyd edək ki, Donbas konflikti 2014-cü ildə Rusiyanın dəstəyi ilə başlayıb.