adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Yanvar 2017 12:05
5572
MƏMLƏKƏT
A- A+

Nazir tapşırıq verdi

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” 2016-cı il 9 dekabr tarixli 497 nömrəli qərarının icrası barədə əmr verib.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, əmrdə "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 dekabr 2016-cı il tarixli 497 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilməsi tapşırılıb.

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müdirlərinə, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələri direktorlarına tapşırılıb ki, qaydaya dəyişiklik barədə pedaqoji kollektivlərə müvafiq izahatlar verilsin. Əmrə görə, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsilin inkişafı proqramları şöbəsi, Daxili nəzarət şöbəsi yerlərdə ümumi icbari təhsilin yerinə yetirilməsinə nəzarəti gücləndirib, bununla bağlı rəhbərliyə təkliflərini bildirsinlər.