adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Yanvar 2017 11:49
6619
DÜNYA
A- A+

10 saniyədə 19 bina partladıldı

Çinin Hubei vilayətinin Uhan şəhərində 19 bina 10 saniyə ərzində partladılıb.

Bu barədə "The South Chinа Morning Post" məlumat yayıb. Məlumata əsasən dağıdılma işi eyni vaxtda, yanvarın 21-də yerli vaxtla saat 11:50-də həyata keçirilib. Əməliyyat üçün təxminən 5 ton trotildən istifadə olunub.

Dağıdılan binaların yerinə müasir binaların, o cümlədən 700 metrlik göydələnin tikilməsi nəzərdə tutulur.