adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Yanvar 2017 11:24
7660
GÜNDƏM
A- A+

Xarici borcumuz artır

Bunu biz yox, iqtisadçı ekspert Samir Əliyev deyir. Onun sözlərinə görə, Azərbaycanın xarici dövlət borcu hər gün 2,8 milyon dollar artır... Qeyd edək ki, Maliyyə Nazirliyinin rəsmi internet saytında Azərbaycanın xarici borcu ilə bağlı son məlumatlar 01 oktyabr 2016-cı ilə olan göstəricilərlə verilib. Məlumata görə, 01 oktyabr 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,650.7 milyon ABŞ dolları (12,402.6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.1 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilmişdir. 

 Ədil Ədilzadə