adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Yanvar 2017 14:49
7794
SİYASƏT
A- A+

Dünya məşhurları da Trampa etiraz etdi - FOTO

ABŞ-da minlərlə qadın Donald Trampın prezidentliyinə etirazlarını bildirmək üçün yürüşə çıxıb. Qadınlar homoseksualların hüquqları, immiqrantlar, qadınların abort hüququ, irqçilik barədə, habelə iqlim dəyişməsi məsələsində Trampın mövqeyinə etiraz ediblər.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazlara dünyaca məşhur xanımlar da qoşulub. Madonna, Rihanna, Emily Ratajkovski, Miley Kruz kimi məşhurlar etirazçılara dəstək verib.

Rihanna sosial şəbəkədəki səhifəsində etiraz aksiyalarından fotolar paylaşaraq "qadın olmaqdan və dünyanın dörd bir yerindən bu etirazlara qoşulan qadınlarla qürur duyuram”-deyə yazıb.

Hillari üçün bir çox tədbirlərdə fəal iştirak edən Miley Kruz da Trampa etirazını bildirib.