adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Yanvar 2017 14:26
6560
DÜNYA
A- A+

Yaponiyada neft emalı zavodunda yanğın baş verib, əhali təxliyə olunur

Yaponiyanın Vakayama prefekturasının Oita şəhərində neft emalı zavodunda yanğın baş verib.

Adalet.az-ın  "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə zamanı ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

İlkin məlumata görə, konteyner sürtgü materialları ilə alışıb-yandı.

Şəhər hakimiyyəti zavodun yaxınlığında yaşayan 2,9 min nəfərə təxliyə barədə tövsiyələr veriblər.