adalet.az header logo
  • Bakı 7°C
22 Yanvar 2017 14:05
385545
MODA
A- A+

Məşhur azərbaycanlı modelin tükürpədən həyatı - Video

Modelin podiumdan həbsxanaya aparan yolu.

Bir vaxtlar foto-model kimi tanınan Qalina Babayeva artıq 4 ildir ki, həbsxana divarları arasında azadlığa çıxacağı günü gözləyir.

Adalet.az   xəbər verir ki, vaxtilə podiumların əsas simalarından olan Qalina həm də 2002-ci ildə Türkiyə keçirilən gözəllik müsabiqəsinin qalibi olub.

Hələ 16 yaşı olarkən ad günündə ata-anasını yol qəzasında itirən Qalina iki dəfə ailə həyatı qurub. İkinci həyat yoldaşı narkotik aludəçisi olduğundan Qalina da bir müddət sonra narkotik qəbul etməyə başlayır. Özünün dediyinə görə, o, 3 il narkotik vasitə qəbul edib.

Qalina Babayeva törətdiyi oğurluq cinayətinə görə 2013-cü ildə məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilir.

Onun həyatını əks etdirən videokadrı oxuculara təqdim edirik.