adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Yanvar 2017 12:14
6842
SİYASƏT
A- A+

Roma papası Hitlerdən danışdı

Roma Papası Fransisk hazırda Avropada populist cərəyanların möhkəmlənməsi və Avropada 1930-cü illərin əvvəlində baş verən tarixi hadisələr arasında paralellər görür.

Adalet.az-ın İspaniyanın "El Paris” qəzetinə istinadən verdiyi məlumata görə, Roma Papası Hitlerin hakimiyyəti qəsb etmədiyini, xalq tərəfindən seçildiyini və öz xalqına böyük faciələr gətirdiyini bildirib.

Papa Fransisk deyib ki, böhran dövrlərində sağlam düşünə bilmirik, populist vədlər verən xarizmatik liderlər ortaya çıxır: "Bu liderlər də vədlərini yerinə yetirə bilmirlər. İnsanlar divarlarla, maneələrlə özləri, milli dəyərləri üçün təhlükəli saydıqlarından qorunmağa çalışırlar. Ölkələrin terrorizm təhlükəsi ilə bağlı sərhədlərini qorumalıdırlar, ancaq heç bir ölkə öz vətəndaşlarının qonşularla dialoqunu aradan qaldırmaq səlahiyyətinə malik deyil ”.

Roma Papası Avropanı qaçqınların inteqrasiyasına daha çox diqqət ayırmağa çağırıb: "Əks halda Avropa cəmiyyətini yeni gettoların formalaşması təhlükəsi təhdid edir. Brüsselin Molenbek kommunasında əsasən Afrika ölkələrindən gələnlərin məskunlaşdığı belə bir getto artıq var”.