adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Yanvar 2017 11:51
8716
SİYASƏT
A- A+

Suriya böhranı üzrə keçiriləcək danışıqların iştirakçıları açıqlanıb

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) 23-24 yanvar tarixlərində Astanada Suriya böhranı ilə əlaqədar keçiriləcək müzakirələrdə Suriya hökuməti və müxalifəti, Rusiya, Türkiyə, İran, ABŞ və BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın iştirak edəcəyinin təsdiqləndiyini açıqlayıb.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qazaxıstan XİN-in məlumatında Astananın bütün tərəflər üçün neytral olduğu üçün seçildiyi qeyd edilib.