adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Yanvar 2017 10:05
6670
DÜNYA
A- A+

Pakistanda bazarda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb

Pakistanın şimal-qərbindəki Kürrəm əyalətində tərəvəz bazarında tprədilən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, daha 90 nəfər isə xəsarət alıb.

Adalet.az "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gün Paraçinar şəhərində baş verib.

Məlumata görə, tərəvəz konteynerində gizlədilən partlayıcı qurğu bazarda insanların gur olan vaxtında işə salınıb.

İki radikal qruplaşma – "Laşkari Canqvi” və "Təhriki Taliban Pakistan” partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.