adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Yanvar 2017 22:07
13139
KRİMİNAL
A- A+

Balakəndə marixuana satan şəxslər tutuldu

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Adalet.az xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Tülü kənd sakini 1993-cü il təvəllüdlü Tural Məhəmməd oğlu Atayev şəhər ərazisindəki çayxanalardan birində şərti alıcıya marixuananı satarkən tutulub. T. Atayevin evində aparılan axtarış zamanı oradan da narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Keçirilmiş digər əməliyyat-axtarış tədbiri zamanı isə rayonun Şərif kənd sakini, 1977-ci il təvəllüdlü Kamal Şirinoviç Tayıbov yaşadığı kəndin ərazisində şərti alıcıya 550 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satarkən tutulub. K. Tayıbovun üzərinə baxış zamanı isə kibrit qutusunda ümumi çəkisi 6,54 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. K. Tayıbovun yaşadığı evdə aparılan axtarış zamanı iki bükülüdə ümumi çəkisi 73 qram olan qurudulmuş marixuana götürülüb.

Hər iki faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.