adalet.az header logo
  • Bakı 6°C
21 Yanvar 2017 21:30
6073
MƏMLƏKƏT
A- A+

ANS-in keçmiş aparıcısı ölkəni tərk edir

ANS-ın keçmiş aparıcısıAmil Hacıyev ölkədən gedir.

Adalet.az-ın məlumatına görə, o,ölkədən gedəcəyi haqqında məlumatı öz facebook hesabında paylaşıb. Amil yazıb:

"Mən Gürcüstan vətəndaşıyam. Artıq 33 yaşım var. Qərara aldım ki, bundan sonra fəaliyyətimi Gürcüstanda davam etdirim. Məqsədim bundan sonra siyasətə qoşulub, 2020-ci il parlament seçkilərində namizəd kimi iştirak etməkdir. Allah hamımızın yar və yardımçısı olsun.

P.S. Tam səmimi deyim. Bakı artıq mənə o qədər doğma gəlmir. İlk dəfə idi ki, 25 il yaşadığım şəhərdə darıxır və sıxılırdım. Borçalıma gedirəm. O saf havalı, sulu torpağa...".

Qeyd edək ki, Amil ANS-də televiziyanın idman xəbərləri departamentinin rəisi vəzifəsində çalışıb.