adalet.az header logo
  • Bakı 7°C
21 Yanvar 2017 22:37
7194
İDMAN
A- A+

“Ofsaydsız futbol başqa idman növü olar”

"Bavariya”nın baş məşqçisi Karlo Ançelotti FİFA-nın texniki inkişaf üzrə direktoru Marko van Bastenin futbolda bir sıra qayda dəyişikliyi, əsasən də ofsaydın ləğvi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib.

Adalet.az-ın "Bild” nəşrinə istinadən yaydığı xəbərə görə, o bildirib ki, məsələ ilə əlaqədar van Bastenin özüylə telefonla danışıb:

"Ona dedim ki, ofsaydsız futbol artıq futbol deyil, başqa bir idman növü olacaq. Əgər onlar (FİFA-dakıları nəzərdə tutur – red.) başqa idman növü yaraymaq istəyirlərsə, bunu bizə desinlər. Ofsaydla bağlı qaydanı dəyişmək çox çətindir. Mən yeni qaydaların əleyhinə deyiləm. Amma ilk növbədə onları testdən keçirmək lazımdır”.