adalet.az header logo
  • Bakı 7°C
21 Yanvar 2017 21:07
6623
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanında terror aktı törədildi

Səudiyyə Ərəbistanının qərbində Ciddə şəhərində iki terrorçu saxlanılan zaman özlərini partladıblar.

Adalet.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə hüquq mühafizə orqanlarının keçirdiyi reyd zamanı baş verib.

Polis terrorçuları saxlamağa cəhd göstərərkən onlar partlayıcı bağlanmış kəməri işə salıblar. Partlayışda iki terrorçu ölüb. Digər şəxslər arasında ölən və yaralananların olmadığı xəbər verilir.