adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Yanvar 2017 14:37
6924
HADİSƏ
A- A+

Binəqədidə evdə partlayış - 4 nəfər xəsarət alıb

Binəqədi rayonunda ümumi sahəsi 50 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, nəticədə ev əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı dörd nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub, Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.