adalet.az header logo
  • Bakı 7°C
21 Yanvar 2017 12:12
6216
MƏMLƏKƏT
A- A+

“Bakı Metropoliteni” dezinfeksiya işləri aparacaq

"Bakı Metropoliteni” QSC-də deratizasiya, dezinfeksiya və dezinseksiya işlərinə dair xidmətin göstərilməsinin satın alınması üzrə tender elan edilib.

Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı ş, Nəsimi r-nu, M.Rəfili 20 (Əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: 490-00-00) ünvanından ala bilərlər.