adalet.az header logo
  • Bakı 6°C
21 Yanvar 2017 12:21
5587
MƏMLƏKƏT
A- A+

Yollar buz bağlayacaq - Xəbərdarlıq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı, axşama doğru sulu qara keçəcəyi ehtimalı var.

Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Abşeron yarımadasında gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90% təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Gündüz bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.

Nazirlik xəbərdarlıq edir ki, yanvarın 22-si gündüzdən 23-ü gündüzədək əsasən şimal və şərq rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.