Əfqanıstanda partlayış olub
Əfqanıstanda partlayış törədilib.
Adalet.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı stadionlardan birində baş verib.
Məlumata görə, hadisə buzkaşi oyunu zamanı qeydə alınıb. Hələlik ölən və ya yaralılar barədə heç bir məlumat verilmir.