adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Yanvar 2017 22:51
7526
İDMAN
A- A+

“Qəbələ” idmançılarından 7 medal

Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Adalet.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışda "Qəbələ” İdman klubunun taekvondoçuları da çıxış edib.

Üç gün davam edən yarışda "Qəbələ” idmançıları 7 qızıl medal qazanıb. Nərgiz Hacıyeva (46 kq) və Diana Hacıəliyeva (55 kq) qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə "Qəbələ” təmsilçiləri 5 çəki dərəcəsində hamıdan güclü olub. Əbülfət Zülfüqarov 55 kq, Qasım Aslanov 59 kq, Cavad Ağayev 63 kq, Niyaz Zülfüqarlı 68 kq, Orxan Tağızadə +78 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər.

Taekvondoçularının nəticələrinə əsasən "Qəbələ” komanda hesabında 1-ci yeri tutub.