adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2017 22:44
9977
GÜNDƏM
A- A+

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 yanvar faciəsi anıldı

Cari ilin 20 yanvar tarixində 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi bir sıra tədbirlər keçirmişdi.

Səfirlikdən verilən məlumata görə, ilk öncə Səfirliliyin əməkdaşları ölkəmizin yeni təyin olunmuş səfiri Dursun Həsənovun rəhbərliyi altında Tıflis səhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyev adını daşıyan parkda büstün, sonra isə Gürcüstanın 1989-cu il 9 aprel hadisələrinin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzmüşlər.

Eyni tarixdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində 1990 ilin qanlı yanvar hadisələrinin 27-ci ildönümünə həsr edilmiş foto və kitab sərgisi keçirilib. Tədbirdə Gürcüsdan dövləti, Parlament və diplomatık korpusunun nümayəndələri, yerli ziyalılar və Azərbaycan diasporanın üzvləri qarşısında nitq ilə çıxış edən səfir Dursun Həsənov tədbir iştirakçılarına bu qanlı hadisələrin Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizədə oynadığı mühüm rolu haqqında danışıb.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, o zaman Moskvada yaşayan Umummilli liderimiz Heydər Əliyev 20 yanvar faciəsinə siyasi qiymət verənlərin siyahısında öndə olanlardan biri olmuş və hakimiyyətə gələndən sonra məhz onun fərmanı ilə 1994-cü ildə bu hadisələrə Milli Məclis tərəfindən siyasi-hüquqi qiymət verilib. Bildirilmişdir ki, hər il 20 yanvar tarixində ölkə rəhbərinin başçılığı ilə bütün Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edərək istiqlal yolunda həyatından keçmiş vətənpərvər insanlarımızın əziz xatırəsi yad edilir.

Gürcüstan dövləti adından çıxış edən Gürcüstanın Kvemo Kartli bölgəsinin Qubernatoru Paata Xizanişvili çıxışında bildirib ki, Gürcüstan xalqı hər zaman qardaş Azərbaycanın yanında olub və hər iki ölkəni kökləri dərin tarixə söykənən dostluq əlaqələri bağlayır. Gürcüstanın da Azərbaycan kimi istiqlal mübarizəsi yolunda şəhidlər verdiyini bildirən qonaq müstəqilliyimizin əbədi olacağını deyərək hazırda ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyədə olduğunu vurğulayıb.

Sonra qonaqlar Səfirlik tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə həsr olunmuş foto və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş və diğər kitablardan ibarət sərgi ilə yaxından tanış olublar.

Sonda 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş video material nümayiş olunub.