adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Yanvar 2017 22:15
6719
DÜNYA
A- A+

Ana və oğlu soyuqdan dondu

Serbiyada davam edən anomal şaxtalardan həyatını itirənlərin sayı 8-ə çatıb.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, Belqraddan 70 kilometr aralıdakı Lozovik kəndində 81 yaşlı qadın və onun 52 yaşlı oğlu soyuqdan donublar.

Serbiyada soyuq havalar yanvarın 6-dan başlayıb. Ötən günlərdə xilasedicilər qar yağması səbəbindən çıxılmaz vəziyyətdə 140 nəfəri müxtəlif yaşayış məntəqələrindən köçürüblər.

Serbiyada güclü şaxta və qar xüsusilə yanvarın 6-14-də olub. Bir neçə günlük fasilədən sonra ölkəyə yenidən şaxtalı hava qayıdıb.