adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2017 21:24
6844
DÜNYA
A- A+

Türkiyənin 5 hərbçisi şəhid oldu

Türkiyə ordusunun Suriya ərazisində antiterror əməliyyatı aparan hərbi birləşmələri İŞID terrorçu birləşməsinin hücumuna məruz qalıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın Əl-Bab bölgəsində bomba yüklü avtomobilin partladılması nəticəsində 5 hərbçi şəhid olub, 9-u yaralanıb.

Yaralı hərbiçilər Türkiyənin Suriya ilə sərhəddindəki xəstəxanalara yerləşdiriliblər.