adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2017 21:07
8460
DÜNYA
A- A+

“Sərhədimizdə 15 min terroçu var”

Əfqanıstan-Tacikistan sərhədində 10-15 min terrorçu toplaşıb.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tacikistan Daxili İşlər naziri Ramazan Raximzod söyləyib.

O bu terrorçuların müxtəlif terror təşkilatlarına üzv olduğunu bildirib:

"Bu situasiya bizi narahat edir. Əfqanıstanda təkcə Tacikistan vətəndaşları yox, müxtəlif ölkələrdən olan terrorçular var. Hazırda Əfqanıstanda vəziyyət çox ağırdır”.