adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2017 21:04
6503
DÜNYA
A- A+

Rusiya ilə Suriya arasında şok müqavilə

Moskva və Dəməşq Rusiyanın Tartusdakı Hərbi Dəniz Donanmasının maddi təminat bazasının genişləndirilməsi və müasirləşdirilməsi haqqında razılaşma imzalayıblar.

Adalet.az xəbər verir ki, müqavilə 49 il müddətinə imzalanıb. Müqaviləyə əsasən eyni anda Tartusda 11 Rusiya gəmisi yerləşə bilər. Moskva həmçinin buradakı bazanın infrastrukturundan pulsuz istifadə edəcək.

Müqavilədə bu razılaşmanın müdafiə xarakteri daşıdığı və üçüncü tərəfə qarşı yönəlmədiyi bildirilib. Razılaşma mətnində həmçinin Rusiyanın Tartusdakı bazaya hər cür silah gətirmək hüququnun olduğu da yer alıb.