adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2017 20:00
6569
DÜNYA
A- A+

Vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı

Seneqal ordusunun Qambiyaya yeridilməsi ucbatından 45 min insan ölkəni tərk edib.

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı BMT-ının Qaçqınlarla İş üzrə Agentliyi yayıb. BMT ölkəni tərk edənlərin 75%-nin qadın və uşaq olduğunu bildirib:

"Növbəti bir neçə gün kritik olacaq. Əgər ölkədəki vəziyyət sülh yolu ilə həll edilməsə, qaçqınların sayı artacaq”.

Qeyd edək ki, bir müddət öncə Qambiyada prezident seçkisi keçirilib. Seçkidə qələbəni müxalifət lideri Adam Barrou qazanıb. Lakin ölkəni 1994-cü ildən bu yana idarə edən Yəhya Camme seçkidə saxtakarlıq olduğunu və yenidən keçirilməsi gərəkdiyini bildirib. O öz postundan imtina etməyəcəyini açıqlayıb. Afrika İttifaqı və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi isə yanvarın 19-dan etibarən ölkə prezidenti kimi Barrounu tanıyacaqlarını bəyan ediblər. Seneqal ordusu artıq dünən Qambiyaya daxil olub. Ölkə parlamenti də Yəhya Cammeni prezident kimi tanıdığını bildirib.

Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan edib. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci islam respublikası olub. Bu ölkə Afrikanın ən kiçik ölkələrindən sayılır. Ölkənin ordusu 800 nəfərdən ibarətdir.