adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Yanvar 2017 18:08
5968
İDMAN
A- A+

Millimiz Belarusla oyuna qara sarğı ilə çıxacaq

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 9-cu yer uğrunda oyunda Belarusla qarşılaşacaq millimiz 20 yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar meydana qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.