adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Yanvar 2017 17:22
5789
DÜNYA
A- A+

Rusiya ötən ili ziyanla başa vurdu

Rusiyada 2016-cı il dövlət büdcəsinin icrası 2,967 trln. rubl və ya 50,3 mlrd. ABŞ dolları həcmində kəsirlə tamamlanıb.

Adalet.az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Maliyyə Nazirliyi tərəfindən yayılan hesabatda bildirilir.

Hesabatda həmçinin qeyd olunub ki, büdcədə yaranan kəsirin həcmi ÜDM-in 3,5%-nə bərabər olub. Xatırladaq ki, keçən ilin əvvəlində Maliyyə Nazirliyi büdcə kəsirinin 2016-cı ilin sonunda ÜDM-in 3,9%-nə bərabər olacağını proqnozlaşdırırdı. Hesabata görə, Rusiya büdcəsinin gəlirləri 2016-cı ildə 13,459 trln. rubl (224 mlrd. dollar), xərcləri isə 16,426 trln. rubl (273 mlrd. dollar) təşkil edib.

Qeyd edək ki, Maastrix kriteriyalarına əsasən, büdcə kəsiri ÜDM-in 3%-ni ötməməlidir. Bu kriteriyalar 1991-ci il dekabrın 9-10-da Avropa İttifaqı (Aİ) ölkələri üçün qəbul olunmuş normativ şərtlərdən ibarətdir.