adalet.az header logo
  • Bakı 18°C
20 Yanvar 2017 16:54
6172
SİYASƏT
A- A+

Türkiyə Əsədin istefasından rəsmən imtina etdi

Türkiyə Suriya konfliktinin Prezident Bəşər Əsədsiz həllinə israr etməyəcək.

Adalet.az xəbər verir k, bunu Davos forumunda çıxışı zamanı Türkiyə Baş nazirinin müavini Məhmət Şimşək söyləyib.

"Suriyada altı ildir davam edən vətəndaş müharibəsi və yüz minlərlə insanın qətlinə görə məsuliyyət birbaşa Əsədin üzərindədir. Türkiyə Suriya məsələsində realist olmalıdır” – o bildirib.

Qeyd edək ki, Ankara bundan öncə Suriya konfliktinin Əsəd hakimiyyətdən getməmiş həll olunmayacağında israr edirdi.