adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Yanvar 2017 12:54
41214
ELM VƏ TƏHSİL
A- A+

218 saylı tam orta məktəbdə Yanvar faciəsinin ildönümü keçirilib

218 saylı tam orta məktəbdə Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib. 

19 yanvar 2017-ci il tarixdə Rəşid Baxışov adına 218 saylı tam orta məktəbdə müəllim kollektivinin və məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsi ilə bağlı tədbir nümayiş etdirilib. Tədbiri məktəbin 8-ci sinif şagirdləri aparırdı. Tədbir 20Yanvar 1990-cı ildə baş verən qanlı qətliyamla basil məlumatlarla başlanıldı. Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi. 20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. 

Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi. Bakı şəhərinə 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi. Tədbirdə mötəbər qonaqlarla yanaşı 218 saylı tam orta məktəbin adını daşıyan Rəşid Baxışovun bacısı Bahar Baxışova da iştirak elədi. Bahar xanımda həmin günlə, qardaşı, qəhrəman şəhidimiz Rəşid Baxışovla bağlı fikirlərini bölüşərək göz yaşlarını saxlaya bilmədi. Nə qədər çətin olsa da , bir o qədər də qürur verici hiss ilə şəhidlərimiz haqqında danışaraq, qardaşı ilə fəxr elədiyini, məhz bu məktəbdən digər canlarını vətən uğrunda verən şəhidlərimizin də olduğunu söylədi. Tədbirdə məktəbin şagirdləri müxtəlif səhnələr hazırlayaraq şəhidlərimizi yad elədilər.