adalet.az header logo
  • Bakı 7°C
22 Yanvar 2017 21:42
15587
MARAQLI
A- A+

Krioniks fəlsəfəsi - II yazı

İnsan vücudunun dondurula biləcəyinə inandıq! İnsan ruhu encə dondurula bilər?

Bu bir polemika mövzusu olaraq dünya gündəmində materialistlərlə idealist təfəkkür sahiblərini qarşı-qarşıya qoyub. Bəlkə gələcəkdə zamana səyahət etmək üçün müxtəlif maşınlar icad olunacaq. Gələcəyi görmək ümidi ilə özünü dondurmağı gözə almış şəxslərin də dediyi kimi insan beyninin 100 faiz işləyəcəyi dövrü görməkonlara qismət olub olmayacağı sual altındadır. Məntiqi cəhətdən zaman maşınının mövcud olması fikri dondurulmuş insanın 50 il sonra həyata qayıdacağı düşüncəsinə görə daha üstündür. Din alimləri ruhun ölüb dirildikdən sonra insana qayıda biləcəklərini mümkünsüz sayır. Alimlər isə bu mülahizə qarşısında sadəcə aciz qalırlar. Buna baxmayaraq onlar maddiyat qarşılığında bu cür prosesləri həyata keçirməkdə israrlıdırlar. Nəzəriyyələr qarışıq olsa da faktiki həyatda kriyonislə bağlı rela hadisələrin baş verdiyi iddia olunur. 1939-ci ildə amerikalı pilot Daniel uzun müddət sevgilisi olduğu Elizaya evliklik təklifi etmək üçün münasib zaman ayıra bilməyib. Bu vəziyyət sevgilisinin onda ayrılamasına səbəb olur. Keçirdiyi depressiyalar və stresslər Danieli həyata qarşı soyudur. Onun elm adamı olan dostu dondurulmaq və gələcəyi görməklə bağlı təklif edir. Tərəddüt etmədən Dani bununla razılaşır və özünü dondurmağa qərar verir. 1992-ci ildə yenidən həyata gözlərini açan gənc oğlan uzun müddət yeni dövrə adaptasiya olmaqla bağlı problemlər yaşayır.

Bu Faktın doğru olduğu yoxsa sadəc mifdən ibarət olması tarixin keçmiş qaranlqlarında gizlənir. Bəzi Hollivud filmlərində gələcəyə səyahət etmək istəyən film qəhrəmanları özülərini soyuq kapsülün içərisinə salıb dondurulurdular. Təbii ki, bu krioniks metodu deyildi. Bu heç real hadisə dəd eyil, danielin dondurulması "Young forever” filminin qısa sujetidir.

Gələcəyə adaptasiya olmaq

Hesab edək ki, alimlərin bu qurğusu işə yaradı və nəvələrimiz gələcəkdə bizim dövrümüzün insanlarını gördülər. Bu insanlar yeni dönəmin xoşbəxtliyini yaşayarkən əsllində onları gözləyən bir sıra problemlərdən xəbərsizdirlər. İlk öncə ölü hesab olunduğunuz üçün siz dondurulduqdan sonra həyat sığortanızın gəliri şirkətin büdcəsində saxlanılacaq. Bu elə də az pul deyil və sizin nə ailəniz, nə də varisləriniz bu ödənişdən yararlanacaq. Daha sonra 100 illik zaman səyahətinin ardınca sizi sadəcə 90 meqabikselli telefon kameraları yaxud uçan avtobuslar gözləmir. Bunların belə sıradan baxıldığı bir dövrdə yaşayacağınız ehtimal olunur və bu adaptasiya olunma və göz öyrənəcəliyi kimi bir sıra çətin məqamlarla sizi üz-üzə qoya bilər. Ən önəmli hadisələrdən biri isə sizi donduran şirkətlərin fəaliyyətinin dondurulmasıdır. Məhşur Alcor, Cryonics Enstitute şirkətləri iflasa uğuradıqları təqdirdə sizin cansız bədəninizi qoruyan cihazın cərəyanı söndürülə bilər. Çünki söz gedən şirkətlərin fəaliyyəti yalnız və yalnız nəzəriyyənin etibarını itirdikdən sonra baş verə bilər. Və nəhayət hətta "E” kateqoriyalı sürücülük vəsiqəniz olsa belə, gələcəkdə uçan maşın idarə edə bilməyəcəksiniz.

Krioniks fəlsəfəsi

Bu, mövzu daxilində bir baxış bucağı olsa da fərqli təzahürü ilə seçilir. 1724-cü ildə 3 yaşında körpə soyuq havanın təsirinə dözə bilməyib dünyasını dəyişir. Çünki həmin vaxtlar istilik sistemi deyilən bir mexanizm olmadığı üçün belə hadisələr tez-tez olurdu. Və yaxud Afrkada bəlli bir yüksəklikdən özünü aşağı atan bir insanın sağ qurtulmaq ehtimalı Londonun mərkəzində eyni yüksəklikdəki binadan özünü atan insanın sağ qalma ehtimalından dəfələrlə aşağıdır. Tanınmış krionks şirkəti sayılan "Alcor”un şüarında belə bir ifadələr yer alıb: "Bundan 50 il əvvəl küçədə gəzərkən qarşınızdan gələn biri qəfil huşunu itirir və yerə yıxılır. Bu zaman siz sadəcə onun ölməsinə tamaşa edəcəksiniz. Çünki əlinizdən başqa iş gəlmir. Müasir dövrdə isə yanaşma tamam fərqlidir. Belə ki, eyni hadisəni 2017-ci ildə yaşasanız həmin adamın ölməmsi üçün ona süni nəfəs, ürək masajı edəcəksiniz. Zaman irəlilədikcə elmi yanaşmalar da formalaşır. Məhz "Krionks”in formatı da bundan ibarətdir ki, 50 il öncə dünyasını dəyişən insanların hal hazırda yaşaması şübhə doğurmaya bilər.

Rüfət Soltan