adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Yanvar 2017 13:27
9380
ELM VƏ TƏHSİL
A- A+

Uşaqbağçasında“20 Yanvar”tədbiri

84 № körpələrevi , uşaqbağçasında "20 Yanvar hadisəsi ilə bağlı tədbir keçirildi. Tədbirdə "20 Yanvar” hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olması haqqında söhbət açıldı. Bütövlükdəisəbufaciəmillitariximizinənşanlısəhifələrindənbirinitəşkiledir. Buhadisəmilliazadlıqvəərazibütövlüyüuğrundamübarizəyəqalxmışdincəhalininkütləviqəhrəmanlığıdır.

Tədbirdə körpələr evi uşaq bağçasınınuşaqları "20 Yanvar”-a həsr edilən şerlər söyləyib, vətənpərvərlik ruhunda manhılar ifa ediblər. Uşaqlar hazırladıqları səhnəcikdə qanlı gecənin dəhşətlərini nümayiş etditməyəçalışıblar.

30 ilə yaxındı tərbiyyəçi kimi çalışıram. Bəzən sual verirlər ki, uşaqlarla çalışmaq çətin deyil ki?! İnanın ki, uşaqlara sevgim o qədər böyükdür ki, onlarsız özümü təsəvvür edə bilmirəm. Ola bilər ki, sağlığımla və ya yaşımla əlaqəli olaraq kariyeramı bitirə bilərəm , bu isə mənə çox çətin olacaq. Bu sənət elədiki, səbr çox önəmlidir. Amma səbrdən öncə insan öz sənədini sevməlidir, sevməsə ona heç səbrdə, kömək edə bilməz. Mən bütün sənət sahiblərinə ilk öncə səbr və öz işlərini sevmələrini arzu edirəm. Baxmayaraq ki, bizim işimiz çətindir, amma mənə elə gəlir ki, bütün sənət sahiblərinin öz işlərinə görə çətinliyi var.

Bununla yanışı, uşaqlarımıza ilk olaraq vətənə sevgini öyrətməyi hər şeydən üstün tuturuq. Buna görə biz bu gün "20 Yanvar”la bağlı hər il olduğu kimi bu ildə tədbir keçirdik. Çalışmışıq ki, bizim üçün canlarından keçən şəhidlərimizin ruhunu əlimizdən gəldiyi qədər yad edək. Uşaqların yaddaşına qanlı yanvarımızı həkk edək. Biz təkcə bu gün olduğu üçün deyil, hər saniyə , hər dəqiqə, hər saat, hər gün uşaqlarımıza şəhidlərimiz haqqqında məlumat veririk. Bu yara bizim üçün çox dərin yaradı. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Ruhları şad olsun. Biz də bu gün əlimizdən gələni edik ki, uşaqlarımız azyaşlı olmalarına baxmayaq dərk edəkcək dərəcədə maariflənsinlər.Mən bizə bu çür şərait yaratdıqlarına görə ilk olaraq prezidentimiz cənab İlham Əliyevə, birinci xanımımız Mehriban Əliyevaya, 84 № körpələr evi , uşaq bağçasının direktoru Aygün xanıma öz təşəkkürümü bildirirəm.Bu sözləri müsahibəsində 84№ körpələr evi , uşaq bağçasının tərbiyyəçisi Həbiyeva Mehriban Adil qızı söyləyib.



Mənim fikrimcə əsl tərbiyyəçi yarı rəssam, yarı idmançı, yarı musiqiçi olmalıdır. Bütün sahələrdən azda olsa məlumatlı olmalıdır. Öz işinin mütəxəssisi ilk olaraq vətənə sevgini, vətənə qayğını, idmanı sevməyi öyrətməlidir. Bir uşaq idmanda necə iştirak edirsə, gələcək əsgərlik həyatında və ya ailə həyatında da o cür sevgi, məhəbbət, güç, səbr və istəyini bir üzə verəcəkdir. Mən bunu öz tərcübəmdə müşahidə eləmişəm. Demək olar ki, 41 ilə yaxındır tərbiyyəçi kimi çalışıram. 1998-ci ildən 84№ körpələr evində çalışıram. Mənim üçün vətənə sevgini ilk olaraq idmanla məşğul olmaqla, uşaqlara yansıtmaq lazımdır. Bununla bağlı biz də, hətta mən öz uşaqlarıma müxtəlif oyunlarla məşğul olaraq hansı hərəkətləri düzgün etmələrini öyrədirəm. İdman sağlamlıqdır. Oyunlardan həvəslənən və hətta müxtəlif idman növləri ilə məşğul olan uşaqlarım da var. Bu mənim üçün qürurverici bir hissdir.

Biz bu gün 20 yanvar hadisəsini tədbir şəklində keçirdərək, uşaqlarımıza canlarından keçən qardaş-bacılarını, əmi-xalalarını, nənə-babalarını tanımaqlarını və onlarla qürur hissi keçirmələrini onlara çatdıraraq, keçmişlərinin və bu gün necə rahat nəfəs alaraq yaşamalarını öyrətməyə çalışdıq.27 ildir xalqımız bu faciənin ağrılarını və qürurunu yaşayır. Və illər keçdikcə bu tarixin gətirdiyi qürur bütün ağrı-acıları üstələyib, kədərə qalib gəlib. Şəhidlər xiyabanı xalqın müqəddəs and yerinə çevrilib, Azərbaycan insanının qürurunu nümayiş etdirən ziyarətgaha dönüb. Dünəninə hörmət, sabahına zəmanət meydanına çevrilib... Biz bunları uşaqlarımıza çatdırdıq. Bu sözləri müsahibəsi zamanı 84№ körpələr evi , uşaq bağçasının tərbiyyəçisi Şükufə müəllimə söyləyib.


Sonda uşaqlar və tərbiyyəçi heyyəti simvolik olaraq hazırlanan "Şəhid abidəsiönünə tər qərənfillər düzüblər.