adalet.az header logo
  • Bakı 17°C
20 Yanvar 2017 15:19
5644
HADİSƏ
A- A+

Paytaxtda 6 otaqlı evdə yanğın olub

Xəzər rayonunda 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230 m² olan ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 12 m² olan mətbəxinin yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10.54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.