adalet.az header logo
  • Bakı 20°C
20 Yanvar 2017 13:58
15140
KRİMİNAL
A- A+

İmişlidə 3 kiloqram qızıl oğurlanıb

İmişli rayonunda qızıl mağazasından 3 kiloqram qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Adalet.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.