adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Yanvar 2017 12:06
16305
GÜNDƏM
A- A+

Azərbaycanda bir dəqiqəlik sükut

Azərbaycanda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Adalet.az xəbər verir ki, Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar fit verib.

20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin törədilməsindən 27 il keçir.

27 il qabaq Azərbaycan xalqı 70 il öncə - 1920-ci ildə əlindən alınmış istiqlaliyyətini bərpa etmək uğrunda ilk addımını atıb və bu istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.

1990-cı il yanvarın 20-də süquta uğrumaqda olan sovet imperiyası xalqımıza qarşı amansız cinayət törədib. Həmin gün 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.