Biləsuvar sakini su kanalında boğuldu
Biləsuvar sakini su kanalında boğulub.
Hadisə rayonun Çaylı kəndində baş verib.
1969-cu il təvəllüdlü Saleh Əlihüseyn oğlu Nəsirov Çaylı kəndində fermanın yaxınlığındakı kollektorda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq morqa aparılıb.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.