adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Yanvar 2017 19:14
10624
İDMAN
A- A+

Daha bir şəhərdə AÇ-2020-nin loqosu təqdim olundu

Rusiyanın Sankt-Peterburq şəhərində futbol üzrə 2020-ci il Avropa çempionatının loqotipinin təqdimat mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, mərasimdə UEFA prezidenti Aleksandr Çeferin və Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko da iştirak ediblər. Mərasimə həmçinin Şimal paytaxtının qubernatoru Georgiy Poltavçenko, əfsanəvi sovet futbolçuları, şəhərin idmançıları və sakinləri də qatılıblar.

Loqonun əsas hissəsini körpü təşkil edir.

Qeyd edək ki, AÇ-2020 Avropanın 13 şəhərində keçiriləcək. Futbol azarkeşləri Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) bir araya gələcəklər.